Medianın məlumatına əsasən, Türkiyədə zəlzələnin səbəb olduğu panika səbəbilə yüksəklikdən tullanma nəticəsində ən azı 151 nəfər yaralanıb
Türkiyədə zəlzələnin səbəb olduğu panika səbəbilə yüksəklikdən tullanma nəticəsində ən azı 151 nəfər yaralanıb. Bu barədə “BBC” İstanbulun qubernatorunun ofisinə istinadən xəbər verir.
İstanbulun qubernatorunun ofisinin məlumatına əsasən, zəlzələ nəticəsində tələfat qeydə alınmayıb və yaşayış binaları uçmayıb. Onların məlumatında, rayonlardan birində tərk edilmiş binanın uçduğu, lakin nəticədə ölən və yaralanan olmadığı deyilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələyə münasibət bildirib.
“Bir az bundan əvvəl İstanbul və Mərmərə dənizi bölgəsində maqnitudası 6,2 bal gücündə olan zəlzələ baş verdi. Zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza ən xoş arzularımızı çatdırırıq, xüsusilə İstanbulda yaşayan qardaşlarımıza. İstanbulun qubernatorundan ən son məlumatı aldım. Prosesi diqqətlə izləyirik” – Ərdoğan bildirib.
Xatırladaq ki, bu gün Türkiyədə bir saat ərzində müxtəlif bal gücündə yeraltı təkanlar qeydə alınıb, onların arasında ən güclüsü maqnitudası 6,2 bal gücündə olan zəlzələ olub.