Medianın məlumatına əsasən, Suriyanın Mənbic şəhərində terror aktı nəticəsində azı 15 nəfər həyatını itirib, onlarla insan yaralanıb

13:46, 03.02.2025

 
Suriyanın Mənbic şəhərində terror aktı nəticəsində azı 15 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Yayılmış məlumata əsasən, minalanmış avtomobil əsas yolda partlayıb. Həlak olanlardan14-ü qadındır, yaralananlar arasında da azı 15-i qadındır. Onlar minalanmış avtomobilin yanında olan avtomobillə hərəkət edirlərmiş.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. Bu, Mənbicdə ötən üç gün ərzində artıq ikinci terror aktıdır. Şənbə günü baş verən terror aktı nəticəsində 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.

Oxşar