Medianın məlumatına əsasən, Si Dzinpin Donald Trampı seçkilərdə qələbə qazanması münasibətilə telefonla təbrik edib

10:56, 07.11.2024

 
Çinin Prezidenti Si Dzinpin ABŞ prezidenti olaraq seçilmiş Donald Trampla telefonla danışıb.

“CNN”in yazdığı kimi, Çinin lideri Trampı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Heç bir ölkə tərəfindən məlumat hələ rəsmi olaraq təsdiqlənməyib.

Bundan əvvəl Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyanat yaymışdı və Amerika xalqının seçiminə hörmət etdiklərini və Trampı prezident seçilməsi münasibətilə təbrik etdiklərini qeyd etmişdi.

Oxşar