Medianın məlumatına əsasən, Robert Fitso sentyabrın 5-də Volodimir Zelenski ilə görüşəcəyi Ukraynaya gedəcək
Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 5-də Volodimir Zelenski ilə görüşəcəyi Ukraynaya gedəcək.
Görüş qərbi Ukraynanın Ujqorod şəhərində planlaşdırılıb. Ukrayna mediası məlumatı Slovakiya hökumətinin mətbuat xidmətinə istinadən yayır.
Medianın məlumatına əsasən, Fitso danışıqlarda enerji infrastrukturu məsələsinə fokuslanacaq. Görüşdən sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.
Zelenskidən başqa, Slovakiyanın Baş naziri Ujqorodda Ukraynanın Baş naziri Yulia Sviridenko ilə də görüş keçirəcək.
Fitso ilə birlikdə, Slovakiyanın iqtisadiyyat naziri və xarici işlər naziri Ukraynaya gedəcəklər. Bundan əvvəl, cari həftənin əvvəlində Robert Fitso Rusiya Prezidenti Vladimer Putinlə Pekində danışıqlar aparıb.