Medianın məlumatına əsasən, Qəzza sektorunda ötən gecə ərzində İsrailin hərbi əməliyyatında azı 21 nəfər həyatını itirib

13:54, 24.03.2025

 
Qəzza sektorunda ötən gecə ərzində İsrailin hərbi əməliyyatında azı 21 nəfər həyatını itirib. Yayılmış məlumata əsasən, İsrail hərbçiləri Nasser xəstəxanasını bombalayıblar və bu zamanı “HƏMAS”ın lideri İsmail Barhumini, eləcə də 16 yaşlı yeniyetməni öldürüblər.

Hücum nəticəsində xəstəxananın cərrahiyyə şöbəsi dağılıb. Yayılmış məlumata əsasən, İsrail hərbçiləri Xan Yunis və Rafah şəhərlərini bombalayıblar.

Xan Yunisdə məcburi köçkün düşmüş fələstinlilərin yaşadığı çadırlara və evlərə hücum olub. Yayılmış məlumata əsasən, Rafah şəhərinə ən azı 15 hücum təşkil edilib.

Oxşar