Medianın məlumatına əsasən, pilotsuz uçuş aparatları ilə Rusiyaya hücum nəticəsində “Miratorg” şirkətinin əməkdaşı həlak olub, yaralılar da var
Medianın məlumatına əsasən, pilotsuz uçuş aparatları ilə Rusiyaya hücum insan tələfatı ilə nəticələnib. Hücum nəticəsində “Miratorg” şirkətinin əməkdaşı həlak olub.
“Pilotsuz uçuş aparatının parçalarının düşməsi nəticəsində Domodedovodakı “Miratorg” Distrubisiya Mərkəzinin ərazisində obyektlərə ziyan dəyib. Təəssüf ki, hadisə nəticəsində şirkətin bir əməkdaşı həlak olub və iki nəfər yaralanıb” – şirkətin bəyanatında deyilir.
Fövqəladə Halların İdarəedilməsi Xidmətindən rus mediasına verilən məlumata əsasən, yaralıların sayı 5-ə çatıb, eləcə də 20 avtomobil zərər görüb.
Bununla yanaşı, Moskva vilayətinin qubernatoru Andrei Vorobiov pilotsuz uçuş aparatlarının parçalarının yaşayış binasına da düşdüyünü və 7 mənzilə ziyan dəydiyini bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkə miqyasında 337 pilotsuz uçuş aparatını vurublar, onlardan 91-ni Moskva vilayətində.