Medianın məlumatına əsasən, Pedro Sançes İlon Maskı Avropanın təsisatlarına hücum etməkdə və nifrət yaymaqda ittiham edir

22:41, 09.01.2025

 
İspaniyanın Baş naziri Pedro Sançes İlon Maskı Avropa İttifaqının işlərinə “müdaxiləni” dayandırmağa çağırır.

Mediada yayılmış məlumata əsasən, Pedro Sançes Maskı X sosial şəbəkəsində dərc edilmiş paylaşımlar vasitəsilə “təsisatlara hücumda, nifrət yaymaqda və nasistləri dəstəkləməkdə” günahlandırıb.

“İspaniyada illərdir qarşı çıxdığımız beynəlxalq ifrat sağçılar bu dəfə dünyanın ən varlı insanının rəhbərliyi ilə təsisatlarımıza açıq şəkildə hücum edir, nifrət oyadır və Almaniyada nasizmin varislərini dəstəkləyirlər” – Pedro Sançes bildirib.

Sançesin qeyd etdiyi kimi, Maskın hərəkətləri Avropada demokratiyaya ziyan vurur.

“Tarixin bizə öyrətdiyi şey odur ki, azadlıq heç vaxt əbədi olaraq əldə edilmir” – Pedro Sançes qeyd edib.

Məlumat üçün bildirək ki, mediada yayılmış məlumata əsasən, ötən həftə İlon Mask sosial şəbəkədə Kataloniya bölgəsində təcavüz hallarının əksəriyyətinin əcnəbilər tərəfindən törədilməsindən bəhs edən məqalə paylaşıb.

Oxşar