Medianın məlumatına əsasən, Los-Anceles və Ventura əyalətlərində azı altı yanğın ocağı var və alov fəlakətli sürətlə yayılır

11:33, 09.01.2025

 
Los-Ancelesdə yanğın fəlakətli sürətlə yayılır – bu haqda “BBC” yazır.

Hazırda Los-Anceles və qonşu Ventura əyalətlərində azı altı yanğın ocağı var. Rəsmi məlumata əsasən, bu vaxt üçün yanğın 0% lokallaşdırılıb.

Yanğın “Hollywood Hills”ə, o cümlədən məşhurların evlərinin yerləşdiyi əraziyə yayılıb.

İtonda yanğın nəticəsində 5 nəfər həlak olub, onlarla insan isə yaralanıb. 100 mindən çox insan təxliyə edilib. Əlavə olaraq 37.000 insan od düşmüş Palisadesi tərk etməyə məcbur qalıb. 1,5 milyondan çox insan elektrik enerjisi olmadan qalıb.

Çərşənbə axşamı Palisadesin ərazisində başlayan yanğın Los-Anceles tarixinin ən dağıdıcı yanğını olub və rəsmi mənbələrin məlumatına əsasən, yenə də yayılmaqdadır.

Oxşar