Medianın məlumatına əsasən, "İstəklilər Koalisiyası" Ukraynanın təhlükəsizlik zəmanətlərinin koordinasiya mərkəzi yaratmaq barədə razılaşıb
“İstəklilər Koalisiyası” ABŞ və Ukraynanın iştirakı ilə koordinasiya mərkəzi yaratmaq barədə razılaşıb.
Ukrayna mediasının məlumatına əsasən, mərkəz qərbli müttəfiqlərdən Ukraynanın təhlükəsizlik zəmanətlərinə cavabdeh olacaq.
“İstəklilər Koalisiyası” üzvləri tərəfindən imzalanacaq bəyannamə layihəsi Ukrayna üçün qəti və uzunmüddətli sülhə nail olmaq üçün zəmanətlər yaratmağı nəzərdə tutur. Bəyannamə layihəsində həmçinin deyilir ki, Amerika Birləşmiş Ştatları Ukraynaya hücum halında Avropa “koalisiyası” qüvvələrini dəstəkləməyi öhdəsinə götürməlidir.
Məlumat üçün bildirək ki, Fransanın paytaxtında Avropa İttifaqı ölkələrinin liderləri, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkof və Cared Kuşnerin iştirak etdiyi “İstəklilər Koalisiyası”nın görüşü keçirilir.