Medianın məlumatına əsasən, İsrailin Müdafiə Qüvvələrinin üç bölməsi Qəzzaya daxil olub, İsrail Hərbi Hava Qüvvələri son 24 saatda Qəzza sektorunda 140-a qədər hədəfə zərbə endirib
İsrailin Müdafiə Qüvvələrinin üç bölməsi Qəzzaya daxil olub. “Sky News”un məlumatına əsasən, İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza sektorunda təxminən 140 hədəfə zərbə endirib.
İsrailin Müdafiə Qüvvələrində Qəzza şəhərindəki silah anbarını və “HƏMAS” qruplaşmasının üzvlərinin istifadə etdiyi digər binaları da məhv etdiklərini bildirirlər. Onların məlumatına əsasən, Müdafiə Qüvvələri bomba yerləşdirməyi planlaşdıran bir neçə döyüşçünü zərərsizləşdirib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahuya ev sahibliyi edəcək.
“Sky News”un yazdığı kimi, liderlərin görüşü Qəzza sektorunda müharibəni bitirmək üçün ən vacib görüşlərdən biri olacaq. Onların məlumatına əsasən, Tramp son vaxtlar Netanyahuya təzyiqi artırıb və cümə günü jurnalistlərə deyib ki, razılaşma yaxındır.