Medianın məlumatına əsasən, İsrail ordusu Qəzzada Əl Şifa xəstəxanasının müəyyən hissəsində "HƏMAS"a qarşı əməliyyat keçirir
Medianın məlumatına əsasən, İsrail ordusu Qəzzada Əl Şifa xəstəxanasının müəyyən hissəsində "HƏMAS"a qarşı əməliyyat keçirir

 
İsrail ordusu Qəzza sektorunda yerləşən Əl Şifa xəstəxanasının müəyyən hissəsində “HƏMAS”a qarşı döyüşür, terror qruplaşması xəstəxana ərazisində komanda mərkəzini saxlamaqda ittiham olunur. İsrail mediası ölkənin müdafiə qüvvələrinə istinadən məlumat yayır.

“Əməliyyat kəşfiyyat məlumatlarına və operativ ehtiyaclara əsaslanır. Əməliyyat xəstəxanada olan pasiyentlərə, tibb işçilərinə və ya vətəndaşlara zərər vermək məqsədi daşımır. Əməliyyatdan əvvəl pasiyentlərin və sığınacaqlarda olan insanların təxliyyəsinə cəhd edilib və bu məqsədlə xüsusi dəhliz də açılıb”-deyə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.