Medianın məlumatına əsasən, İspaniyada daşqınlar nəticəsində həlak olanların sayı 140-dək artıb, ölkədə üç günlük matəm elan edilib

19:52, 31.10.2024

 
İspaniyanın cənub hissəsində daşqınlar nəticəsində həlak olanların sayı 140-dək artıb. Bu barədə məlumatı yerli media yayır.

Qurbanların əksəriyyəti həlak olanların sayının 100-ü ötdüyü Valensiya əyalətindədir. Fövqəladə xidmətlər itkin düşən vətəndaşların axtarışı üçün sutkanın 24 saatlıq rejimdə işləyirlər.

Cənubi İspaniyada güclü yağışın səbəb olduğu sel və selin gətirdiyi palçıq yolları və körpüləri dağıdıb, ağacları və avtomobilləri yuyub aparıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, Valensiya ilə Madrid arasında əlaqələndirici dəmir yolunun fəaliyyətini bərpa etmək üçün ən azı üç həftə lazımdır. Yerli meteoroloqların məlumatına əsasən, bölgəyə çərşənbə axşamı səkkiz saat ərzində bir illik yağıntı düşüb və bu, çaylarda suyun səviyyəsinin kəskin artmasına səbəb olub. Təbii fəlakətlə əlaqədar İspaniyada üç günlük matəm elan edilib.

Oxşar