Medianın məlumatına əsasən, İranda etiraz aksiyaları zamanı ən azı 6159 nəfər həlak olub, rəsmi Tehranın göstəricilərinə əsasən isə həlak olanların sayı 3117 nəfər təşkil edir
İranda etiraz aksiyalarının yatırılması zamanı ən azı 6159 nəfər həlak olub – məlumatı “HRANA” agentliyi yayır.
Onların məlumatına əsasən, həlak olanlardan 5804-ü aksiyanın iştirakçısı, 214-ü təhlükəsizlik zabiti, 92-si uşaq və 49-u etiraz aksiyalarında iştirak etməyən şəxs olub. Bununla yanaşı, 42200 nəfər saxlanılıb.
Rəsmi Tehranın göstəricilərinə əsasən isə həlak olanların sayı 3117 nəfər təşkil edir.
Qeyd edilməlidir ki, Amerikanın təyyarədaşıyan gəmisi “Abraham Lincoln” artıq regiondadır. ABŞ Hərbi Hava Qüvvələri isə Yaxın Şərqdə bir neçə gün davam edəcək təlimlər keçirəcəyini bəyan edib, lakin tarix və yer ictimailəşdirilməyib.