Medianın məlumatına əsasən, “Həmas”ın hücumu nəticəsində İsraildə ölənlərin sayı azı 40-a çatıb, 740 nəfər isə yaralanıb
Medianın məlumatına əsasən, “Həmas”ın hücumu nəticəsində İsraildə ölənlərin sayı azı 40-a çatıb, 740 nəfər isə yaralanıb

“Həmas” terror qruplaşmasının hücumu nəticəsində İsraildə azı 40 nəfər ölüb, 740 nəfər yaralanıb, – bu barədə “Times of Israel” yazır.

İsrail Təhsil Nazirliyinin məlumatına əsasən, bütün ölkədə məktəblər və uşaq bağçaları bağlanıb. Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Komandanlığı ölkənin mərkəzi hissəsində və cənubunda dərslərin bərpa olunmayacağını açıqlasa da, nazirlik bütün ölkə daxilində məktəbləri və uşaq bağçalarını bağlamaq qərarına gəlib.

Eyni zamanda, “Həmas” İsraildən Qəzza sektoruna bir neçə girov aparıldığını iddia edir. İsrail bu məlumatı təsdiqləməyib.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumuna görə İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.