Medianın məlumatına əsasən, Donetsk və Xarkov vilayətlərinə Rusiyanın hücumları nəticəsində iki nəfər həlak olub, 23 nəfər yaralanıb

16:48, 31.10.2026

 

Rusiya qüvvələrinin gecə saatlarında Donetsk və Xarkov vilayətlərinə hücumları nəticəsində iki nəfər həlak olub, 23 nəfər isə yaralanıb. Məlumatı rəsmi mənbəyə istinadən “Ukrainskaya Pravda” yayır.

Onların məlumatına əsasən, rus hərbçilər Donetsk vilayətinin Slovyansk şəhərində hərəkətdə olan avtomobilə daxilində dörd nəfər sərnişin olarkən hava zərbəsi endiriblər.

Hadisə nəticəsində 73 yaşlı kişi və 16 yaşlı yeniyetmə həyatını itirib. Gənc oğlanın valideynləri isə yaralanıblar.

Rusiyanın Xarkov şəhərinə və daha 15 yaşayış məntəqəsinə hücumu nəticəsində isə ən azı 19 nəfər yaralanıb.

Oxşar