Medianın məlumatına əsasən, Donald Trampın tərəfdarları ilə görüşündə saxlanılan silahlı şəxs Las-Veqasda yaşayan 49 yaşlı kişidir, onu girov qarşılığında sərbəst buraxıblar

11:08, 14.10.2024

 

Kaliforniya ştatının Koaçella şəhərində Donald Trampın tərəfdarları ilə görüşündə saxlanılan və polis tərəfindən müəyyən edilən şəxs 49 yaşlı Vem Millerdir.

Media, onun Kaliforniya ştatının Las-Veqas şəhərində yaşaması haqda məlumat verir.

Milleri yerli vaxtla saat 17:00-da saxlayıblar, daha sonra “BBC”nin yazdığı kimi, 5 000 dollar girov qarşılığında sərbəst buraxıblar.

“Hadisə sabiq prezident Donald Trampın və tədbir iştirakçılarının təhlükəsizliyinə təsir etməyib” – polisin bəyanatında qeyd olunub.

Riversayd vilayətinin Şerif Ofisi, hadisə ilə bağlı daha sonra mətbuat konfransı keçirəcəklərini açıqlayıb.

Kaliforniya ştatının Koaçella şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampın tərəfdarları ilə görüşündə, ərazinin girişində silahlı şəxsi saxlayıblar. Medianın polisə istinadən xəbər verdiyi üzrə, kişinin üzərində silah və saxta giriş kartı olub.

Oxşar