Medianın məlumatına əsasən Çin Prezidenti Amerikaya səfər edib
Medianın məlumatına əsasən Çin Prezidenti Amerikaya səfər edib

 
Çin Prezidenti Si Dzinpin Amerikaya səfər edib. Bu barədə “Reuters” məlumat yayır.

Bu, Çin liderinin son altı ildə ABŞ-a ilk səfəridir. Si Dzinpin San-Fransiskoda ABŞ Prezidenti Co Baydenlə görüşəcək, bundan sonra iki ölkənin lideri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.

Baydenin daha əvvəl dediyi kimi, Amerika Çindən uzaqlaşmağa çalışmır, münasibətləri yaxşılığa doğru dəyişməyə çalışır. “Məqsəd normal ünsiyyət kursuna qayıtmaqdır” -deyə Co Bayden açıqlayıb.