Medianın məlumatına əsasən, Böyük Britaniya Ukraynaya qarşı başladılmış genişmiqyaslı müharibənin üçüncü ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

11:35, 24.02.2025

 
Böyük Britaniya Rusiya tərəfindən Ukraynaya qarşı başladılmış genişmiqyaslı müharibənin üçüncü ildönümündə yeni sanksiyalar tətbiq edəcək.

“Reuters”in məlumatına əsasən, Böyük Britaniya Rusiya dövlətinə əhəmiyyətli dəstək verən və ya Rusiya dövlətinin köməyi ilə sərvət toplayan şəxslərin ölkəyə girişinə qadağa qoyacaq.

Həmçinin, sanksiyalar Rusiyanın yüksək rütbəli məmurları ilə əlaqəsi olan şəxslərə də şamil ediləcək. Yayılmış məlumata əsasən, “Qara siyahı”ya ola bilsin bəzi siyasətçilər və iş adamları düşsün.

Böyük Britaniyanın təhlükəsizlik naziri Den Carvis bildirib ki, Putinin dostlarına mesaj sadədir: “Böyük Britaniyada xoş qarşılanmırsınız”.

“Bu gün elan edilən tədbirlər bu qanunsuz və əsassız müharibəni maliyyələşdirən, rus xalqının hesabına varlanan oliqarxların üzünə qapını bağlayır” – Carvis bildirib.

Xatırladaq ki, bu həftə Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-a səfər edəcəklər. Makron və Starmerin Trampı ABŞ-ın Ukraynaya Avropa sülhməramlı missiyasının yerləşdirilməsi planını dəstəkləməyə inandırmağa çalışacağı gözlənilir. Qeyd edilməlidir ki, Rusiyanın xarici işlər naziri Serqei Lavrov NATO-ya üzv ölkələrin hərbçilərinin Ukrayna ərazisinə yerləşdirilməsinin Rusiya üçün qəbuledilməz olacağını bildirib.

Oxşar