Medianın məlumatına əsasən, bəyannaməyə görə, Volodimir Zelenskinin və ailəsinin gəliri 2024-cü ildə 340 000 avro təşkil edib, bunun da yarıdan çoxu dövlət istiqrazlarından əldə edilib
Ukrayna Prezidenti Volodimir Zelenskinin və ailəsinin gəliri 2024-cü ildə 340 000 avro təşkil edib.
Açıqlanan bəyannamədən aydın olur ki, ümumi 15.3 milyon qrivnanın yarısından çoxu dövlət istiqrazlarından əldə edilib, qalan məbləğ isə prezidentin maaşından, bank faizlərindən və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirlərdir.
Ötən il ərzində aktivlərdə, daşınmaz əmlakda və nəqliyyat vasitələrində ciddi dəyişiklik qeydə alınmayıb.