Medianın məlumatına əsasən, Almaniyada xarici işlər nazirini dəyişməyi müzakirə edirlər
Medianın məlumatına əsasən, Almaniyada xarici işlər nazirini dəyişməyi müzakirə edirlər

 

Almaniyada qapalı qapılar arxasında xarici işlər naziri Yohan Vadepulu dəyişməyi müzakirə edirlər. Bu haqda “Bild” məlumat dərc edir.

“Bild”in məlumatına əsasən, Yohan Vadepulu dəyişdirmək məsələsinə dair müzakirələri ölkənin baş nazirinin ofisində təsdiqləmirlər, lakin jurnalistlər belə bir ehtimalın “Xristian Demokratik İttifaqı”nda müzakirə edildiyini iddia edirlər.

Məsələ hakim fraksiyanın sıralarında ajiotaj yaradan Vadepulun açıqlamaları ilə bağlıdır. Xüsusilə, o, Suriyadakı vətəndaş müharibəsinin sonu ilə İkinci Dünya Müharibəsinin sonu arasında paralellik aparıb.

“Suriya 1945-ci ildə Almaniyanın göründüyündən daha pis görünür” – Vadepul bildirib.

Media Vadepulun əvəzləyicisi olaraq daha əvvəl ölkənin xarici işlər naziri vəzifəsinə namizəd hesab edilən Bundestaqda “Xristian Demokratik İttifaqı” və “Xristian Sosial İttifaqı” fraksiyasının lideri Yens Şpanın adını çəkir.

Həmçinin, Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Lanşet ola bilsin xarici işlər nazirliyinin rəhbəri olsun.

Daha bir namizəd olaraq Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Devid Makallisterin adı çəkilir. Lakin, media Makallisterin artıq bir dəfə hökumətdə işləməklə bağlı Almaniyanın kanslerinə yox cavabı verdiyini yazır.