Media, son 24 saatda İspaniyanın Seuta şəhərinin sərhədini 60 000-ə yaxın qanunsuz miqrantın keçməsi, şəhərə daxil olmaq cəhdi zamanı həlak olanların sayının 41-ə yüksəlməsi haqda məlumat verir
Son 24 saatda İspaniyanın Seuta şəhərinin sərhədini 60 000-ə yaxın qanunsuz miqrant keçib. “Associated Press”in məlumatına əsasən, Seutaya daxil olmaq cəhdi zamanı həlak olanların sayı 41-ə yüksəlib.
Bununla yanaşı, İspaniyanın Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə miqrantların İspaniyadan Mərakeşə necə qayıtdıqları və Tarahal sərhəd-keçid məntəqəsində sərhədi necə keçdikləri görünür. Qurumdan bildirirlər ki, təxminən 25 min insan Mərakeşə qayıdıb.
İspaniya hakimiyyəti, insanın Seuta ərazisinə üzərək daxil olması halında onun dərhal deportasiya edilməsinin qanuni olmaması barədə keçmişdə məhkəmənin verdiyi qərara baxmayaraq, ölkəyə qanunsuz daxil olan şəxsləri mümkün qədər tez deportasiya etməyə çalışacaqlarını bildirir.