Media, Sidneydə baş vermiş hücumda iştirak edən şəxslərə məxsus avtomobildə "İslam Dövləti"nin bayraqlarının tapılması haqda məlumat verir
Sidneydə baş vermiş hücumda iştirak edən şəxslərə məxsus avtomobildə “İslam Dövləti”nin bayraqlarını tapıblar.
Bu haqda Avstraliyanın “ABC News” televiziya şirkətinə yüksək vəzifəli məmur deyib.
Mənbənin məlumatına əsasən, avtomobildə iki bayraq aşkarlayıblar.
“ABC”nin məlumatına əsasən, hücumçulardan biri, Avstraliyada anadan olan Navid Əkrəmin Sidneydə əsası qoyulan “İslam Dövləti” terror qruplaşması ilə sıx əlaqələri olub. Bununla yanaşı, Avstraliyanın terrorla mübarizə polisi hesab edir ki, hər iki silahlı şəxs – Navid və atası Sacid “İslam Dövləti” terror qruplaşmasına sədaqət andı içiblər.
Məlumat üçün bildirək ki, Avstraliyada Bondi çimərliyində baş verən atışmada 15 nəfər həyatını itirib. Həlak olanlar arasında bir uşaq da var. 42 yaralı xəstəxanalarda qalır.