Media, Serqei Lavrovun İstanbulda planlaşdırılan Rusiya-Ukrayna danışıqlarında iştirak etməyəcəyi haqda məlumat verir
Rusiyanın xarici işlər naziri Serqei Lavrov mayın 15-də İstanbulda planlaşdırılan Rusiya-Ukrayna danışıqlarında iştirak etməyəcək. Bu barədə “Kommersant” mənbə göstərmədən xəbər verir. Qəzet başqa təfərrüatları açıqlamır.
Rusiyanı İstanbul danışıqlarında kimin təmsil edəcəyi hələlik naməlum olaraq qalır.
Mayın 14-də brifinqdə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib ki, Kreml Rusiya nümayəndə heyətinin tərkibini açıqlamağa hələ hazır deyil, çünki Vladimer Putin hələlik müvafiq göstərişlər verməyib.