Media, Rusiyanın Xarkovun üç rayonuna hava zərbəsi endirməsi, 21 nəfərin xəsarət alması haqda məlumat verir
Ötən gecə Rusiya Xarkovun üç rayonuna növbəti dəfə hava hücumu həyata keçirib. Fövqəladə Halların İdarəedilməsi üzrə Dövlət Xidmətinin məlumatına əsasən, Şevçenkovski, Saltovski və Xolodnoqorski rayonları zərər görüb. Hücum nəticəsində beşi azyaşlı olmaqla 21 mülki vətəndaş xəsarət alıb.
Xarkov vilayətində yerləşən Çuqev şəhəri də hava hücumunun hədəfinə çevrilib. Bombalama nəticəsində yaşayış binalarına və mülki infrastruktura xeyli ziyan dəyib. Hazırda Xolodnoqorski rayonunda xilasetmə əməliyyatı aktiv şəkildə aparılır. Xilasedicilər zərərçəkənlərə kömək etmək və dağıntıları təmizləmək üçün ərazidə işləyirlər.
Aidiyyəti qurumlar dəymiş ziyanın miqyasını müəyyənləşdirməyə və zərərçəkənlərə lazımi yardımın göstərilməsini davam etdirirlər.