Media Rusiyanın Odessa limanına PUA-la hücum təşkil etdiyinə, taxıl terminalının zədələndiyinə dair məlumat yayır
Media Rusiyanın Odessa limanına PUA-la hücum təşkil etdiyinə, taxıl terminalının zədələndiyinə dair məlumat yayır

 

Rusiya “Şahed” tipli pilotsuz təyyarələrlə Ukraynanın Odessa şəhərinin limanına hücum edib, taxıl terminalı zədələnib-bu barədə Ukrayna mediası yazır.

Ukraynanın Odessa şəhərinin regional dövlət administrasiyasının yaydığı məlumatda Odessaya edilən hücum nəticəsində Odessa limanına ziyan dəydiyi, iki pilotsuz uçuş aparatının limanın inzibati binasına düşdüyü deyilir.

Bəyanatda limanın iki terminalında pilotsuz uçuş aparatlarının dağıntılarının düşməsi nəticəsində yanğın meydana gəldiyi, lakin hazırda yanğının söndürüldüyü deyilir.

“Hava Hücumundan Müdafiə Qüvvələri düşmənə Odessa limanlarından birinin taxıl terminalına hücum etməyə imkan verməyib. Cənub Hava Hücumundan Müdafiə Qüvvələri 22 pilotsuz uçuş aparatını məhv edib” -deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyində ötən ilin yayında Ukrayna limanlarından taxıl ixracı üçün bağlanmış Qara dəniz taxıl təşəbbüsünü davam etdirməyin mümkün olmadığını açıqlamışdılar.