Media Qəzza sektorunda İsrailin zərbəsi nəticəsində azı doqquz fələstinlinin həlak olması haqda məlumat verir

18:49, 14.07.2026

 

Qəzza sektorunda İsrailin zərbəsi nəticəsində azı doqquz fələstinli həlak olub. Qəzzanın səhiyyə və polis rəsmilərinin bəyanatına əsasən, həlak olanlar arasında on yaşlı oğlan uşağı və “HƏMAS” qruplaşmasının yüksək rütbəli polis zabiti var.

Cəbəliyədə bir qadın və “HƏMAS” polisinin rəhbəri də daxil olmaqla azı yeddi nəfər həlak olub.

Qəzza sektorunun səhiyyə nümayəndələrinin bəyanatına əsasən, ötən ilin oktyabrında İsrail ilə “HƏMAS” arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, anklavda İsrailin hücumları nəticəsində azı 1 100 fələstinli həyatını itirib.

Qəzza sektorunun polisinin məlumatına əsasən, son zamanlar İsrail “HƏMAS”ın təhlükəsizlik qüvvələrinə və polis postlarına qarşı hücumlarını gücləndirib.

Oxşar