Media, Pakistanda naməlum qruplaşmanın hücumu nəticəsində azı 12 polisin həyatını itirməsinə dair məlumat verir
Pakistanda naməlum qruplaşmanın hücumu nəticəsində azı 12 polis həyatını itirib. Məlumatı “Reuters” yayır.
Yerli xilasetmə qruplarının məlumatına əsasən, hücum Əfqanıstan sərhədi yaxınlığında Xayber-Paxtunxva əyalətinin Kohat bölgəsində baş verib.
Pakistan polisinin bəyanatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçulara cavab atəşi açıblar.
Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib.
Media yerli mənbələrə istinadən yazır ki, hücumun arxasında Pakistan “Taliban”ı, digər adı ilə “Tehrik-i-Taliban” dayana bilər.