Media nümayəndələri bir daha Zuqdididə səssiz aksiya keçirdilər
Media nümayəndələri Zuqdididə səssiz aksiya keçirdilər.
Jurnalistlər, operatorlar və fotomüxbirlər bir daha Lekso Laşkarava ailəsinə başsağlığı verdilər. Nümayişçilər günahkarlara ağır cəza tələb etdilər.
Yerli və mərkəzi televiziyaların nümayəndələri Zuqdididə səssiz aksiyanı 11 iyulda da keçirdilər.
5 iyulda Tbilisi Pride əleyhgdarları tərəfindən döyülən TV Pirveli operatoru Lekso Laşkarava, 11 iyulda dünyasını dəyişdi. Lekso Laşkarava bir neçə gün klinikada idi, sonra evə buraxıldı. Hazırda operatorun ölüm səbəbi məlum deyil və araşdırma aparılır. Lekso Laşkarava bu gün Saburtalo qəbiristanlığında dəfn edildi.

