Media, Moskva neft emalı zavoduna Ukrayna dronları ilə hücumdan sonra “neft yağışı”nın əmələ gəlməsi haqda məlumat verir

18:19, 18.06.2026

 

Moskva neft emalı zavoduna Ukrayna dronları ilə zərbə endirilməsindən sonra yanğına görə dırnaqarası neft yağışı əmələ gəlib.

Moskva yaxınlığında yerləşən Jeleznodorojni və Lyubertsi qəsəbələrinin sakinləri yağışdan sonra qalan, tərkibində neft yanma məhsullarının qarışıqları olan qara təbəqənin əks olunduğu şəkillər paylaşıblar. Onlar güclü yanıq qoxusu hiss etdiklərini bildiriblər.

Bununla yanaşı, Moskvanın Ətraf Mühitin Monitorinqi Xidmətindən bildiriblər ki, “Moskvanın havasında çirkləndirici maddələrin konsentrasiyası icazə verilən maksimum həddi aşmır”.

Müstəqil meteoroloqların proqnozuna əsasən, tərkibində neft yanma məhsullarının qarışıqları olan yağıntının Moskvanın şərqində yerləşən Moskva vilayətinin ərazisinə düşməsi daha bir gün ərzində gözlənilir.

Oxşar