Media məlumatına görə, Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş vermiş atışma nəticəsində azı beş nəfər həyatını itirib

13:51, 10.06.2025

Avstriyanın Qrats şəhərindəki məktəbdə baş vermiş silahlı insident nəticəsində azı beş nəfərin öldüyü bildirilir. Yerli medianın məlumatına görə, həlak olanlar arasında ehtimal olunan hücumçulardan biri də var – o, güman ki, intihar edib.

Hadisə yerində polis əməliyyat aparır. Hüquq-mühafizə orqanları hələlik ölənlərlə bağlı rəsmi açıqlama verməyiblər.

Polis vətəndaşlara məktəbin ətraf ərazisindən uzaq durmağa çağırış edir.

Oxşar