Media – Mariupoldan evakuasiya uğursuz oldu, ruslar Azovstal zavodunu bombaladılar
Mariupol şəhərindən evakuasiya uğursuz oldu, ruslar Azovstal zavodunun ərazisini bombaladılar.
Bu barədə Ukrayna mətbuatı Mariupol merinin müşaviri Petri Andriuşenkoya istinadən xəbər verir.
“Dünən ruslar Azov Stal sığınacaqlarından dinc sakinlərin təxliyəsini təmin etmək üçün sükut rejimi elan ediblər. Eyni zamanda artilleriya tətbiq olundu və Azovstal zonası bombalandı”, – Andriuşenko yazıb.
Medianın məlumatına görə, Andriuşenko qeyd edib ki, belə şəraitdə hətta istənilsə belə, mülki əhalinin təxliyəsi mümkün deyil.
“Əvəzində, günün sonunda təbliğat göstərdi ki, Ukrayna hərbçiləri onları içəri buraxmayacaqları üçün heç kim təxliyə olunmaq istəmir. Mən heç nəyə eyham vurmuram, bu, sadəcə tarixin faktıdır”, – Andriuşenko bildirib.