Media, Kanadanın Qrenlandiyaya hərbçilər göndərməyi nəzərdən keçirməsi haqda məlumat verir
Media, Kanadanın Qrenlandiyaya hərbçilər göndərməyi nəzərdən keçirməsi haqda məlumat verir

 

Kanada Qrenlandiyaya hərbçilər göndərməyi nəzərdən keçirir. Bu haqda məlumatı “CBS News” yayır.

İki yüksək vəzifəli Kanada rəsmisinin mediaya dediyi kimi, Kanadanın Baş naziri Mark Karni Danimarka tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək üçün bir neçə kanadalı əsgəri göndərməyi nəzərdən keçirir.

Yayılmış məlumata əsasən, fövqəladə plan ötən həftə hazırlanıb və federal hökumətə təqdim edilib. Kanada Krallığının Hərbi Hava Qüvvələrinin kontingenti Qrenlandiyada “əvvəlcədən planlaşdırılmış” NORAD təlimlərində artıq iştirak edir. Baş nazir danimarkalılar tərəfindən planlaşdırılan “suverenlik təlimləri” çərçivəsində əlavə qüvvələrin göndərilib-göndərilməməsini nəzərdən keçirir, bu da Arktika adasının kritik infrastrukturunun qorunması üzrə təlimləri əhatə edə bilər.