Media, İsrailin Livanın paytaxtı Beyruta hücum etməsi haqda məlumat verir
İsrail Livanın paytaxtı Beyruta hücum edib. Bu barədə “Reuters” agentliyi yazır.
Medianın məlumatına əsasən, İsrail Beyruta hücumdan əvvəl təxliyyə əmri verib, bu isə qısa zamanda partlayış səsləri ilə müşaiyət olunub.
Xatırladaq ki, noyabrın 27-də İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə razılığa gəliblər və buna əsasən tərəflər arasında hərbi əməliyyatlar dayandırılıb.