Media, İsrailin hücumu nəticəsində Qəzzada azı 40 nəfərin həlak olması haqda məlumat yayır

10:44, 11.11.2024

 
İsrailin hücumu nəticəsində Qəzzada azı 40 nəfər həlak olub. Məlumatı “Reuters” yayır.

Cabalia şəhərinə yerli vaxtla səhər saat 06:00-da hücum həyata keçirilib. Nəticədə bir ailənin bütün üzvləri həlak olub.

İsrailin endirdiyi zərbənin üç mərtəbəli binanı dağıtması nəticəsində azı 24 nəfər həlak olub, bitişik binalarda isə 30 nəfər xəsarət alıb.

İsrailin Müdafiə Qüvvələrində Cabaliada “terrorçuların fəaliyyət göstərdiyi” əraziyə zərbələr endirdiklərini bildiriblər.

“Bu terrorçular rayonda fəaliyyət göstərən İsrailin Müdafiə Qüvvələrinə təhlükə yaradırdılar. Təfərrüatlar müzakirə prosesindədir” – bəyanatda qeyd olunub.

“HƏMAS” tərəfindən idarə edilən Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, oktyabrın 7-dən sonra Qəzzada təxminən 43500 fələstinli həlak olub.

Oxşar