Media İsrail və Livan arasında atəşkəs müqaviləsindən sonra Livanda ən azı 380 nəfərin həlak olması haqda məlumat verir

22:14, 12.05.2026

 

İsrail və Livan arasında atəşkəs müqaviləsinin qüvvəyə minməsindən bəri Livanda ən azı 380 nəfər həlak olub. Bu haqda “CNN” Livanın Səhiyyə Nazirliyinə istinadən yazır.

Livanın səhiyyə naziri Naser al-Dinin mətbuat konfransında çıxışı zamanı dediyi kimi, aprelin 17-də qüvvəyə minmiş müqavilədən sonra Livanda 1122 nəfər xəsarət alıb.

O bildirib ki, İsrail qəsdən təcili yardım əməkdaşlarını və tibb işçilərini hədəf alır. Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, martın 2-dən bəri ümumilikdə ən azı 2882 nəfər həlak olub, 8768 nəfər isə xəsarət alıb.

Məlumat üçün bildirək ki, atəşkəs müqaviləsinə baxmayaraq, İsrail və “Hizbullah” bir-birinə hücum etməyə davam edir və hər iki tərəf bir-birini müqaviləni pozmaqda ittiham edir.

Oxşar