Media, Gürcüstanda türk təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 nəfərin hamısının tapılması haqda məlumat verir
Media, Gürcüstanda türk təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 nəfərin hamısının tapılması haqda məlumat verir

 

Gürcüstanda türk hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 nəfərin hamısı tapılıb.

Bu haqda məlumatı “CNN TÜRK” yayır.

Bundan əvvəl, təyyarənin “qara qutusu”nun Türkiyəyə aparıldığı məlum olub.

Məlumat üçün bildirək ki, göyərtəsində 20 hərbçi olan türk hərbi təyyarəsi Siğnaği Munisipalitetində Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyə istiqamətində reys yerinə yetirirdi.