"Media Azadlığı Koalisiyası"nın üzvü olan 14 ölkənin səfirliyi Mzia Amağlobeli ilə bağlı birgə bəyanat yayır
“Media Azadlığı Koalisiyası”nın üzvü olan 14 ölkənin səfirliyi Mzia Amağlobeli ilə bağlı birgə bəyanat yayır. Böyük Britaniyanın Gürcüstandakı səfirliyi bəyanatı sosial şəbəkədə dərc edib.
Bəyanata əsasən, koalisiyanın üzvü olan 14 ölkənin səfirliyi “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin vəziyyətindən narahatlıq ifadə edir.
“Media Azadlığı Koalisiyası”nın üzvləri 19 gündür aclıq aksiyası keçirən Mzia Amağlobelinin vəziyyətindən son dərəcə narahatdırlar. Avropa Şurasının insan hüquqları məsələləri üzrə komissarının qeyd etdiyi kimi, onun ilkin həbsi əsassızdır. Bu, Gürcüstanda jurnalistlərin qorxudulmasının daha bir narahatedici nümunəsidir, bu da media azadlığını və ifadə hüququnu məhdudlaşdırır. Mzia dərhal azad edilməlidir, onun işinə isə yenidən baxılmalıdır.
Bununla yanaşı, aksiya iştirakçılarına qarşı sistemli zorakılıqdan sonra hələ də heç bir polis əməkdaşının vəzifə səlahiyyətinin dayandırılmaması və ya məsuliyyətə cəlb edilməməsindən narahatıq. “Media Azadlığı Koalisiyası”nın 20 dekabr tarixli bəyanatını xatırladırıq və Gürcüstan hakimiyyətini xidməti vəzifələrini yerinə yetirərkən, aksiyaları işıqlandırarkən polisin həddindən artıq güc tətbiqinə məruz qalan jurnalistlərin hüquqlarını təmin etməyə çağırırıq” – bəyanatda deyilir.
Bəyanatı imzalayırlar : Avstriya, Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Niderland, Norveç, İsveç, İsveçrə, Birləşmiş Krallıq və Ukraynanın səfirlikləri.