Mədəniyyət Nazirliyi Maksim Qalkin və Andrey Makareviçin konsertləri ilə bağlı yayılan məlumat barəsində bəyanat yayır
Mədəniyyət Nazirliyi Maksim Qalkin və Andrey Makareviçin konsertləri ilə bağlı yayılan məlumat barəsində bəyanat yayır

Mədəniyyət Nazirliyi Maksim Qalkin və Andrey Makareviçin konsertləri ilə bağlı yayılan məlumat barəsində bəyanat yayır.

İdarənin məlumatına görə, müxtəlif media vasitələri tərəfindən düzgün olmayan məlumat yayılır.

“Müxtəlif media vasitələrində adıçəkilən sənətçilərə Tbilisidəki köhnə İdman Sarayında nəzərdə tutulan konsertlərin Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi tərəfindən icazə verilməməsi ilə bağlı yanlış məlumatlar yayılır.

İctimaiyyətə açıqlayırıq ki, söhbət yalan məlumatların yayılmasından gedir, çünki köhnə İdman Sarayı Mədəniyyət Nazirliyinin idarəetmə sferasında fəaliyyət göstərən idarə olmadığından, uzun illərdir ki, şəxsi mülkiyyətdədir.

Ona görə də özəl şirkətin mülkiyyətində konsertin keçirilməsi məsələsi Nazirliyin səlahiyyətindən çox-çox kənardadır.

Yeni İdman Sarayına gəldikdə, Nazirlik tərəfindən tikilib, onun idarəsi altındadır və hazırda “EuroBasketə” ev sahibliyi edir. Yuxarıda deyilən konsertlərin təşkilatçıları yeni İdman Sarayına mraciət etməyiblər.

Elə burada yalan məlumat yayan televiziyalara xatırladırıq ki, yeni idman sarayı Ukraynaya həsr olunmuş möhtəşəm xeyriyyə konserti ilə açıldı.

Ona görə də Mədəniyyət Nazirliyi ətrafında qalmaqal yaratmaq və bu həssas mövzunu manipulyasiya etmək cəhdi boşdur”, – Mədəniyyət Nazirliyində bəyan edirlər.