Mədəniyyət Nazirliyi İncəsənət Sarayı - Mədəniyyət Tarixi Muzeyinin kolleksiyası üçün XVIII əsrə aid gürcü əlyazması "Müqəddəs Tanrı Anasının Yambik və İkosu"nu alıb
Mədəniyyət Nazirliyi İncəsənət Sarayı - Mədəniyyət Tarixi Muzeyinin kolleksiyası üçün XVIII əsrə aid gürcü əlyazması "Müqəddəs Tanrı Anasının Yambik və İkosu"nu alıb

 

 

Gürcüstanın Mədəniyyət Nazirliyi İncəsənət Sarayı – Mədəniyyət Tarixi Muzeyinin kolleksiyası üçün XVIII əsrə aid unikal gürcü əlyazması “Müqəddəs Tanrı Anasının Yambik və İkosu”nu alıb.

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze İncəsənət Sarayının Əlyazmalar və Arxiv Sənədləri Fonduna yerləşdirilən əlyazmanın təqdimat mərasimində iştirak edib.

“Bu əlyazma gürcü incəsənətinin və mədəniyyətinin unikallığını və böyük əhəmiyyətini təsdiqləyir. Unikal mədəniyyətimizin lazımi qaydada qorunması və qayğısına qalınması üçün biz gələcəkdə də hər şeyi edəcəyik” – Tinatin Ruxadze bildirib.

Yambik qədim gürcü himnoqrafiyasında 10-cu əsrdən məlumdur. İoane Mtbevari, İoane Minçxi, Mikael Modrekili, Ezra və digərlərinin yaradıcılığında ona rast gəlinir. Gürcü yambikinin əla nümunəsi Çar Demetrenin (1125-1159) məşhur kilsə nəğməsinin (“Sən Üzüm Bağısan”) son beş misralı bəndidir.

Əlyazmanın birinci səhifəsindəki qeyddə onun gürcü tarixçi, yazıçı, hakim və diplomat, general-mayor Niko Dadianiyə məxsus olduğu qeyd edilir.

Yambikin son səhifəsi tarixi məzmunlu qeydlərə aiddir, onların arasında gürcü ortodoks kilsəsi tərəfindən müqəddəs elan edilmiş Qabriel Kikodzidən bəhs edilməsi xüsusilə diqqətə layiqdir.

Tarixi əhəmiyyəti ilə yanaşı, əlyazma böyük bədii dəyərə malikdir, yambikin demək olar ki, hər səhifəsi cinnabar və ya civə sulfidi ilə yazılmış üst hərflərlə bəzədilib, bu da kitabı gürcü xəttatlıq sənətinin görkəmli abidəsinə çevirir.

Məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyi yayır.