Mədəniyyət Nazirliyi Eldar Şenqelaianın dünyasını dəyişməsi ilə əlaqədar dərin hüzn ifadə edir
Mədəniyyət Nazirliyi Eldar Şenqelaianın dünyasını dəyişməsi ilə əlaqədar dərin hüzn ifadə edir

 

Gürcüstanın Mədəniyyət Nazirliyi kinorejissor Eldar Şenqelaianın dünyasını dəyişməsi ilə əlaqədar dərin hüzn ifadə edir.

Mədəniyyət Nazirliyi Eldar Şenqelaianın ailəsinə, yaxınlarına və bütün Gürcüstana başsağlığı verir.

“Eldar Şenqelaianın yaradıcılığı incəsənətin ən yüksək təyinatını tam əks etdirir – “insana sevinc bəxş etmək, ona ruh yüksəkliyi vermək”.

Nato Vaçnadze və Nikoloz Şenqelaianın övladı böyük ailənin ad-sanlı ənənələrini parlaq şəkildə davam etdirdi və gürcü kino incəsənətinə şah əsərləri bəxş etdi: “Qeyri-adi sərgi”, “Dəlilər”, “Samanişvilinin ögey anası”, “Mavi dağlar, yaxud inanılmaz hekayə” …. Humanizm və xoş yumorla dolu bu filmlərin yada salınması belə insanlara sevinc bəxş edir. Bu yalnız Eldar Şenqelaianın kino dili və dünyagörüşüdür.

Gürcüstanın Mədəniyyət Nazirliyi Eldar Şenqelaianın ailəsinə, yaxınlarına və bütün Gürcüstana başsağlığı verir” – nazirliyin “Facebook” səhifəsində qeyd olunub.

Kinorejissor Eldar Şenqelaia 92 yaşında dünyasını dəyişib.