Mədəniyyət nazirinin birinci müavini Maka Qurqenidze işgüzar səfərlə Levil malikanəsini ziyarət edib
Mədəniyyət nazirinin birinci müavini Maka Qurqenidze işgüzar səfərlə Levil malikanəsini ziyarət edib

 

Mədəniyyət nazirinin birinci müavini Maka Qurqenidze, Levil layihəsi çərçivəsində görülən və davam edən işlərlə tanış olmaq məqsədilə nazirlik və Milli Muzeyin əməkdaşları ilə birlikdə işgüzar səfərlə Levil malikanəsini ziyarət edib. Məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyi yayır.

Onların məlumatına əsasən, nazirin birinci müavini Levilin meri Erik Brev və Gürcüstanın Fransadakı səfiri Eka Kokasia ilə birlikdə gürcü oda evinin quraşdırılması prosesi ilə tanış olub.

“İşgüzar görüşdə Levilin meri bu layihənin əhəmiyyətindən danışdı və davamlı dəstək və əməkdaşlığa hazır olduğunu bildirdi. Maka Qurqenidze Levil malikanəsinin Gürcü–Fransa mədəni əlaqələrinin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğuladı və qeyd etdi ki, bərpa işlərinin tamamlanmasından sonra Levil malikanəsi qarşılıqlı layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq. Səfər çərçivəsində layihədə bu mərhələdə iştirak edən bütün şirkətlərlə, o cümlədən yeni podratçılarla görüşlər baş tutdu. Nazirin müavini planlaşdırılan layihələr və şirkətlərin planları ilə detallı şəkildə tanış oldu. Şirkətlər layihəni müəyyən olunmuş müddətdə tam şəkildə başa çatdırmağa hazır olduqlarını bildirdilər” – Gürcüstanın Mədəniyyət Nazirliyinin məlumatında deyilir.