Mədəniyyət naziri Tinatin Ruxadze Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb. Bu haqda məlumatı Mədəniyyət Nazirliyi yayır.
Qurumun məlumatında, görüşdə ölkədə mədəniyyət sahəsində mövcud vəziyyət və çağırışların müzakirə edildiyi deyilir.
“Mədəniyyət Nazirliyi ilə xalq müdafiəçisinin əməkdaşlığının əhəmiyyətinə diqqət yönəldilib. Nazir mədəniyyət sahəsinin məsələləri ilə maraqlandığı üçün xalq müdafiəçisinə təşəkkür edib” – Mədəniyyət Nazirliyinin yaydığı məlumatda deyilir.