Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin dəstəyi ilə Qrakliani təpəsində arxeoloji tədqiqatlar bərpa olunub
Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin dəstəyi ilə Qrakliani təpəsində arxeoloji tədqiqatlar bərpa olunub.
İşlərin gedişatı ilə agentliyin baş direktoru Tea Oniani Monitorinq Xidmətinin rəhbəri Qiorqi Tikurişvili və ekspedisiyanın rəhbəri professor Vaxtanq Liçeli ilə birlikdə tanış olub.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbələrinin iştirakı ilə aparılan arxeoloji işlər çərçivəsində, beşinci terasda qayalıq suxurda oyulmuş dairəvi məzar aşkarlanıb, orada üç insan skeleti tapılıb.
Cari ildə arxeoloji işlər Qrakliani təpəsinin bir neçə terasında aparılır. Layihənin məqsədi həm yeni arxeoloji materialın üzə çıxarılması, həm də artıq tapılmış arxitektura qalıqlarının öyrənilməsi və abidə ərazisinin mühafizəsi və sahmana salınmasıdır. İşlər başa çatdıqdan sonra qazıntı aparılan ərazinin bir hissəsi rekultivasiya ediləcək, bu da abidənin lazımi vəziyyətdə saxlanılmasına və qorunmasına xidmət edir.