Mədəni İrsin Qorunması üzrə Milli Agentlik Vardzia muzey-qoruğunun ərazisində baş verən qaya uçqunu və görülən tədbirlər barədə məlumat yayıb

18:59, 11.09.2026

Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin məlumatına görə, Vardzia muzey-qoruğunun ərazisində müəyyən dövrlərdə qaya parçalarının tökülməsi prosesi baş verir. Buna səbəb kompleksin seysmik aktiv zonada yerləşməsidir.
Agentliyin məlumatına görə, qaya uçqunlarının qarşısının alınması məqsədilə yüksək riskli ərazilərdə Mədəni İrsin Qorunması Agentliyi tərəfindən qoruyucu torlar quraşdırılıb və ərazi agentliyin müvafiq mütəxəssislərinin daimi nəzarəti altındadır.

„Cari ildə Vardziyada, sözdə gizli tunelin yaxınlığında qaya parçalarının tökülməsinin aktivləşməsi piyada yoluna və qoruyucu məhəccərə ziyan vurub. Muzey-qoruğun əməkdaşlarının və ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin ərazi müvəqqəti olaraq bağlanıb.

Hazırda sözdə gizli tunelin yaxınlığındakı vəziyyət agentlik nümayəndələri və Gürcüstan Texniki Universitetinin geoloqları tərəfindən araşdırılıb və qiymətləndirilib. Vəziyyətin qiymətləndirilməsi nəticəsində təkrar qaya uçqunu təhlükəsinin minimal olduğu müəyyən edilib. Buna görə də yaxın günlərdə uçmuş materialların ərazidən çıxarılmasına, qoruyucu torların quraşdırılmasına və zədələnmiş məhəccərlərin bərpasına başlanacaq. İşlər başa çatdıqdan dərhal sonra ziyarətçilərin Vardziyanın bütün ərazisində hərəkəti tam bərpa olunacaq.

Qeyd edək ki, Vardzia milli əhəmiyyətli mədəni irs abidəsidir. Buna görə də burada hər hansı müdaxilə və ya tədbir yalnız əvvəlcədən aparılmış xüsusi tədqiqatlar və müvafiq metodologiya əsasında həyata keçirilir ki, bu da müəyyən vaxt tələb edir“, – məlumatda qeyd olunur.

Oxşar