Mədəni İrsin Qorunması üzrə Milli Agentlik – Uşqulidə, Lamariya monastırının ərazisində aparılan icazəsiz tikinti işləri dayandırılıb
Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin məlumatına əsasən, Mestia bələdiyyəsinin Uşquli kəndində, Lamariya monastırının ərazisində aparılan icazəsiz tikinti işləri dayandırılıb.
Agentliyin məlumatına əsasən, monastırın ərazisində rahib hücrələrinin icazəsiz tikintisi agentliyin xəbərdarlığı əsasında dayandırılıb.
“Mədəni İrsin Qorunması üzrə Milli Agentlik məsələ ilə bağlı qəbul edilmiş qərarlar haqda ictimaiyyətə operativ şəkildə məlumat verəcək. Qeyd etmək lazımdır ki, Uşqulidə, Lamariya monastırının ərazisində müvafiq icazə olmadan hücrələrin tikinti işləri həyata keçirilirdi. Qüvvədə olan qanunvericiliyə əsasən, mədəni irs abidələrində istənilən növ tikinti, bərpa və ya digər növ müdaxilələr agentliklə əvvəlcədən razılaşdırılmalı və müəyyən olunmuş prosedurlardan keçməlidir” – məlumatda qeyd olunub.