Mədəni İrsin Qorunması Agentliyi Rustaveli prospektində infrastruktur işləri zamanı arxeoloji təbəqələrin və artefaktların aşkar edilməsi haqqında bəyanat yayır
Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi Rustaveli prospektində infrastruktur işləri zamanı arxeoloji təbəqələrin və artefaktların aşkar edilməsi haqqında bəyanat yayır.
“Tbilisidə, Rustaveli prospektində infrastrukturun bərpası işləri prosesində arxeoloji təbəqələrin və artefaktların aşkar edilməsi halları barədə Tbilisi Munisipalitetinin Meriyası Mədəni İrsin Qorunması üzrə Milli Agentliyə operativ şəkildə məlumat verir və növbəti addımlarla bağlı qərarları agentliyin tövsiyələri əsasında qəbul edir.
Cari bərpa işləri zamanı indiyə qədər aşkar edilmiş obyektlərin ilkin tədqiqi və fiksasiyası Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin mütəxəssisləri tərəfindən dərhal həyata keçirilib.
Agentliyin tövsiyəsi əsasında, bütün zəruri hallarda infrastruktur işləri ixtisaslı arxeoloqun (arxeoloqların) nəzarəti altında həyata keçiriləcək, yeni arxeoloji ocaqlar üzə çıxdığı təqdirdə isə qanunvericiliklə müəyyən edilmiş prosedurların vaxtında aparılması üçün dərhal agentliyə məlumat veriləcək” – Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin bəyanatında deyilir.