Mədəni İrsin Mühafizəsi Agentliyi güclü qar yağan zonada yerləşən mədəni irs abidələrinin vəziyyəti ilə bağlı məlumat yayıb
Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi güclü qar yağan zonada yerləşən mədəni irs abidələrinin vəziyyəti ilə bağlı məlumat yayıb.
“Son günlər Gürcüstanın bəzi rayonlarında çətin meteoroloji şəraiti nəzərə alaraq, ictimaiyyətin nəzərinə çatdırırıq ki, Agentliyin regional monitorinq qrupları səfərbər olunub və mədəni irs obyektlərinin zədələnməsi riskinin qarşısını almaq üçün müvafiq dövlət qurumları ilə daim əlaqə saxlayırlar.
“Hələlik mədəni irs obyektlərinə dəyən ziyan müəyyən edilməyib”. – bəyanatda deyilir.