Mayk Uolts - Venesuelaya qarşı müharibə getmir, biz Qərb yarımkürəsinin ölkəmizin düşmənləri tərəfindən əməliyyat bazası kimi istifadə olunmasına icazə verməyəcəyik
Mayk Uolts - Venesuelaya qarşı müharibə getmir, biz Qərb yarımkürəsinin ölkəmizin düşmənləri tərəfindən əməliyyat bazası kimi istifadə olunmasına icazə verməyəcəyik

 

Məsələ, Qərb yarımkürəsi ilə bağlıdır, biz burada yaşayırıq və Qərb yarımkürəsinin Amerika Birləşmiş Ştatlarının düşmənləri və rəqibləri tərəfindən əməliyyat bazası kimi istifadə olunmasına icazə verməyəcəyik – bu haqda ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.

O, Venesuelaya və onun xalqına qarşı müharibə getmədiyini bildirib.

“ABŞ dövlət katibi Marko Rubionun dediyi kimi, Venesuelaya və onun xalqına qarşı müharibə getmir. Biz ölkəni işğal etmirik. Bu, hüquq-mühafizə orqanlarının əməliyyatı idi. Məsələ, Qərb yarımkürəsi ilə bağlıdır. Biz burada yaşayırıq və Qərb yarımkürəsinin ölkəmizin, Amerika Birləşmiş Ştatlarının düşmənləri və rəqibləri tərəfindən əməliyyat bazası kimi istifadə olunmasına icazə verməyəcəyik” – Uolts BMT Təhlükəsizlik Şurasının iclasında deyib.