Mayk Uolts – Tramp Ukrayna ilə bağlı Moskvadan qayıdan xüsusi nümayəndənin qiymətləndirmələrinə əsasən qərar verəcək

11:25, 14.03.2025

Donald Tramp Ukrayna məsələsində Moskvadan qayıdan xüsusi nümayəndənin qiymətləndirmələri əsasında qərarlar verəcək. – Bunu ABŞ prezidentinin müşaviri Mayk Uolts deyib.

Mayk Uolts bunu Fox News-a müsahibəsində deyib.

O, bildirib ki, Donald Tramp administrasiyası Ciddə şəhərində Ukrayna nümayəndə heyəti ilə bu yaxınlarda keçirilən görüşdən və Rusiya prezidenti Vladimir Putinin bəyanatından sonra “ehtiyatla nikbindir”.

O bildirib ki, Donald Tramp Stiv Vitkoffun Moskvada danışıqların nəticələrini təqdim etməsindən sonra qərarlar verəcək.

“Mən Moskvada olan həmkarım Stiv Vitkoffla danışdım və bizə nəticələr gətirəcək, bunun əsasında prezident Tramp gələcək addımlarla bağlı qərar verəcək. Təbii ki, hər iki tərəfin öz tələbləri var və təbii ki, hər iki tərəf müəyyən kompromislərə getməli olacaq”. – Mayk Uolts qeyd etdi.

Oxşar