Mayk Uolts Azərbaycanın Ermənistan və İsraillə biznes imkanları yaradacaq və geosiyasi mənzərəni dəyişdirəcək real razılaşmalar imzalamaq istədiyini bildirir
Mayk Uolts Azərbaycanın Ermənistan və İsraillə biznes imkanları yaradacaq və geosiyasi mənzərəni dəyişdirəcək real razılaşmalar imzalamaq istədiyini bildirir

 

Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Mayk Uolts Azərbaycanın Ermənistan və İsraillə biznes imkanları yaradacaq və geosiyasi mənzərəni dəyişdirəcək real razılaşmalar imzalamaq istədiyini bildirir. Mayk Uolts bu haqda Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə deyib.

Senatda Uoltsa Mərkəzi Asiya ölkələrinin enerji resursları haqda sual verilib.

“Türkmənistanla bağlı real imkanımız var, bu isə uzun müddətdən sonra ilk dəfə baş verir, türkmən təbii qazı şərqə yox, qərb istiqamətində gedə bilər. Biz Azərbaycan haqqında və onların təkcə ABŞ-a yaxınlaşmaq yox, həm də, çox güman ki, ermənilərlə real razılaşma imzalamaq, İsraillə real razılaşma imzalamaq istəyindən danışdıq və kommersiya imkanları təkcə Amerika biznesi üçün açılmayacaq, bu həm də geosiyasi mənzərəni dəyişəcək” – Mayk Uolts bildirib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə Mayk Uolsun namizədliyini irəli sürüb.